Müharibənin sona çatdırılması üzrə plana əsasən, Misir yaxın vaxtlarda Qəzzanın yenidən qurulması və inkişafı üzrə beynəlxalq konfrans keçirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Şarm əl-Şeyx Sülh Sammitində bildirib.
“Bu konfrans fələstinlilərə öz torpaqlarında həyat şəraiti yaratmaq və onlara ümid vermək məqsədini güdür. Sülh yalnız dağıntıdan sonra inşa etmək üçün əl uzadıldıqda tamamlana bilər", - deyə əs-Sisi vurğulayıb.