AZ

Ayxan Abbasov: Hakim rəqibə simpatiya göstərirdi

BAKI, 14 oktyabr. TELEQRAF

"Standart vəziyyətlərdə rəqibin üstünlüyü var idi".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov səfərdə Ukraynaya 1:2 hesabı ilə məğlub olduqları DÇ-2026-nın seçmə mərhələ oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis rəqibin ilk qolundan sonra komandasının özünə gəldiyini bildirib: "Üzərində işlədiyimiz hücumlarımız oldu. Nəriman Axundzadədin ilk dəqiqələrdə əla fürsəti oldu. Zədədən yeni qayıtsa da, yaxşı çıxış etdi. Məncə, oyunun sonlarında da epizodlarımız oldu. Müdafiə xəttimizə də alqış düşür. Sona qədər ümidimiz var idi. Baş hakim oyunu tez bitirdi. Məncə, rəqibə simpatiyasını da göstərirdi. Belə oyunlar bizi bərkidəcək".

Seçilən
38
2
teleqraf.com

3Mənbələr