AZ

Futbol ictimaiyyətində böyük narahatlıq: Təyyarə zərər gördü, təcili eniş edildi

Nigeriya millisinin futbolçuları Victor Osimhen və Wilfred Ndidi ölüm təhlükəsindən dönüblər.

News24.az xəbər verir ki, onların da içində olduğu Nigeriya milli komandasını daşıyan təyyarə texniki nasazlıq səbəbilə Anqolada təcili eniş edib.

Nigeriya Futbol Federasiyasının (NFF) yüksək vəzifəli nümayəndəsi ValueJet şirkətinə məxsus təyyarənin pəncərəsində çat yaranması səbəbilə təcili eniş qərarı verildiyini təsdiqləyib. O, bu hadisəni "daha pis nəticələnə biləcək ciddi bir təhlükə" kimi qiymətləndirib.

Təyyarə Dünya Çempionatının seçmə mərhələsində vacib oyun üçün Cənubi Afrikadan Uyo şəhərinə gedirdi. Lakin uçuş zamanı pilot nasazlığı hiss edərək marşrutu dəyişib və Anqolaya eniş edib.

Hadisə zamanı heç kim xəsarət almayıb və komanda üzvləri təhlükəsiz şəkildə təyyarədən çıxarılıb.

Hadisə Nigeriyada və futbol ictimaiyyətində böyük narahatlıq yaradıb. Təhlükəsizliyin təmin olunması üçün əlavə araşdırmaların başladıldığı bildirilir.

Xeyrənsə Piriyeva

Seçilən
95
2
news24.az

3Mənbələr