İslam bankçılığı klassik bank sistemindən əsaslı şəkildə fərqlənir. Bu sistemdə faiz anlayışı yoxdur, lakin bu, pulu qazancsız vermək mənasına gəlmir. İslam bankçılığında birgə investisiya layihələri, ticarət və icarə gəlirləri əsas qazanc mənbələridir. Yəni bank müştəriyə sadəcə pul vermir, onunla biznesə şərik olur.
Publika.az xəbər veirr ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Azərbaycanda şəriət banklarının yaradılması mövzusunu şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, islam banklarında gəlir faizlə deyil, qazancın və gəlirin bölgüsü prinsipi ilə formalaşır:
“Burada kredit kartı, limit kimi xidmətlər o qədər inkişaf etməyib. Daha çox birgə biznes və ticari fəaliyyət formasında işləyirlər. Əgər əvvəllər kredit götürüb 10% verirdinsə, indi qazancının, məsələn, 25%-ni bankla bölüşəcəksən. Bu da o deməkdir ki, bank artıq sənin biznesinə nəzarət edəcək, çünki o, sənin fəaliyyətinə ortaq olur”.
Kərimli hesab edir ki, islam bankçılığının müsbət tərəfləri az deyil: