AZ

Bayden Trampı təriflədi

ABŞ-nin keçmiş prezidenti Co Bayden ABŞ-nin hazırkı prezidenti Donald Tramp və komandasının Qəzza zolağında atəşkəs razılaşmasının əldə edilməsində gördüyü işlərə görə tərifləyib.

"Unikal" xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

"Bu günün gəldiyi üçün rahat oldum. Prezident Trampa və komandasına minnətdarlığımı bildirirəm", - Bayden qeyd edib.  

Keçmiş prezident həmçinin qeyd edib ki, onun administrasiyası da girovları evlərinə qaytarmaq və müharibəni bitirmək üçün çox çalışıb.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp İsrail parlamentində çıxışı zamanı Qəzzada münaqişənin bitdiyini bəyan edib.

Seçilən
12
32
unikal.az

10Mənbələr