"Sədərək" Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.
News24.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparıldığını bildirib.
"Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - deyə o qeyd edib.
Xatırladıq ki, dünən sosial şəbəkə platformalarında Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə "Sədərək" Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı video yayılıb.