AZ

“AzInTelecom” “Baku Fintech Forum 2025” tədbirində (FOTO)

Bakı. Trend:

“AzInTelecom” MMC yerli və regional maliyyə institutlarınıniştirakı ilə keçirilən “Baku Fintech Forum 2025” tədbirində iştirakedib.

9 oktyabr tarixində Bakıda keçirilən forumda “AzInTelecom”interaktiv stendi ilə çıxış edib. Stenddə tədbir iştirakçılarınaşirkətin rəqəmsal xidmət və məhsulları ilə bağlı məlumatverilib.

Forum çərçivəsində “AzInTelecom”un Kommersiya departamentinindirektoru Fərrux Fərəcullayev çıxış edərək biometriyatexnologiyasının maliyyə sahəsində yaratdığı üstünlüklərdəndanışıb. O, SİMA Rəqəmsal Həllər Platformasına daxil olanməhsulların maliyyə sektoruna inteqrasiyasını banklar və maliyyətəşkilatları ilə uğurlu əməkdaşlığın nəticəsi kimi qiymətləndirib.Azərbaycanda fəaliyyət göstərən 22 bankdan 15-nin SİMAməhsullarından istifadə etdiyini vurğulayıb. Fərrux Fərəcullayev,həmçinin qeyd edib ki, fərdi sahibkarlar üçün “SİMA İmza”nınİnternet Vergi İdarəsinə inteqrasiyası tam başa çatdırılıb vəhazırda sahibkarlar “6AYPULSUZ” promokodu ilə xidmətlərdən altı aymüddətinə ödənişsiz istifadə edə bilirlər.

“Baku Fintech Forum” rəqəmsal bankçılıq və ödənişlər, maliyyətexnologiyalarında təhlükəsizliyin gələcəyi və dayanıqlıekosistemin qurulması kimi mühüm mövzular ətrafında panelsessiyaları ilə yadda qalıb. Panel müzakirələrdə “fintex”istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. “AzInTelecom”əməkdaşları digər iştirakçılarla yeni əməkdaşlıqların qurulması vəşəbəkələşmə imkanlarını müzakirə ediblər.

“AzInTelecom” haqqında

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsaldünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahatadaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləriarasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsalimza və identifikasiya xidmətləri, biznesin idarə edilməsindəeffektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlikhəlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom”müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasirtexnologiyaları təqdim etməklə iş dünyasında innovasiyalaraliderlik edir.

“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
Seçilən
95
9
az.trend.az

10Mənbələr