AZ

“Sədərək”dəki insidentlə bağlı DİN-dən açıqlama

“Sədərək”dəki insidentlə bağlı DİN-dən açıqlama

Xəbər verildiyi kimi, “Sədərək” Ticarət Mərkəzində yerləşən bəzi reklam qurğularının sökülməsinə başlanılıb.

Belə ki, müəyyən edilmiş tələblərə cavab verməyən lövhələrin yığışdırılması ticarət mərkəzində tərəflər arasında insident yaradıb. İlkin məlumatda mərkəzin mühafizəçilərinin Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyərək ərazidən uzaqlaşdırdığı bildirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatı ilə bağlı araşdırma aparılır:

“Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Seçilən
26
7
afn.az

9Mənbələr