AZ

Azərbaycanın ədliyyə naziri, Ali Məhkəmənin və Hakimlər İttifaqının sədrləri Beynəlxalq Hakimlər Assosiasiyasının fəxri medalı ilə təltif ediliblər

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov və Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Beynəlxalq Hakimlər Assosiasiyasının fəxri medalı ilə təltif olunublar.

AZƏRTAC xəbər verir ki, təltifetmə Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
107
2
azertag.az

4Mənbələr