Beynəlxalq Hakimlər Assosiasiyası (BHA) Azərbaycanın Məhkəmə Hüquq Şurası və Ali Məhkəməsinin sədri İnam Kərimov və Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayevi təltif edib.
Far.Az report-a istinadən xəbər verir ki, bu gün Bakıda BHA-nın 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş "Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər" mövzusunda keçirilən beynəlxalq konfransda Assosiasiyanın vitse-prezidenti Marselli Kouassi xüsusi hazırlanmış medalları İ.Kərimov və R.Rzayevə təqdim edib.