
Xocalı rayonunun iki kəndinə növbəti köç karvanı yola düşüb.
1news.az APA-ya istinadən xəbər verir ki, Xocalı rayonunun Şuşakənd və Təzəbinə kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Şuşakənd kəndinə 27 ailə - 116 nəfər, Təzəbinə kəndinə isə 27 ailə - 117 nəfər köçürülüb.





