AZ

Lukaşenko Belarus və ABŞ münasibətlərini dəyərləndirdi

ain.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Minsk münasibətləri normallaşdırmaq üçün ABŞ-lə böyük sövdələşməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BelTA xəbər agentliyi məlumat yayıb.

"Biz onların qlobal təkliflərini, tez-tez dedikləri kimi böyük sövdələşməni gözləyəcəyik. Onlar bu böyük sövdələşmələri sevirlər. Biz onlarla böyük sövdələşmələr bağlamağa hazırıq. Tərəzinin bir tərəfində onların sualları, xahişləri və tələbləri, digər tərəfində isə bizim suallarımız və tələblərimiz var", - respublika rəhbəri bildirib.

Lukaşenko qeyd edib ki, bu məsələdə Belarusun maraqları nəzərə alınmalıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
operativmm.az

2Mənbələr