Bakı. Trend:
Müntəzəm olaraq az miqdarda qara istiot, darçın və mixəkdənistifadə ürək sağlamlığını möhkəmləndirə və hüceyrələri dağılmadanqoruya bilər. Bu təsirlər həmin ədviyyatlarda olan yüksək polifenoltərkibi ilə bağlıdır.
Trend xəbər verirki, belə bir qənaətə Amerikanın Aydahо Universitetinin alimlərigəliblər. Araşdırmanın nəticələri “Nutrients” jurnalında dərcolunub.
Polifenollar — güclü iltihabəleyhinə və antioksidantxüsusiyyətlərə malik birləşmələr qrupudur. Onlar hüceyrələrioksidləşdirici stressdən qorumaqda iştirak edir, ürək-damarsisteminə, maddələr mübadiləsinə və qocalma proseslərinə müsbəttəsir göstərir.
Tədqiqat çərçivəsində 212 nəfər yetkin iştirakçı 27 müxtəlifkulinariya ədviyyatı və otunun istifadəsi tezliyini özlərininqiymətləndirdiyi anket doldurub. Alınan məlumatlar beynəlxalq”Phenol-Explorer” bazasından götürülmüş polifenol tərkibi barədəməlumatlarla müqayisə olunub.
Nəticələr göstərib ki, orta hesabla iştirakçılar ay ərzindəyalnız ədviyyatlardan 680 milliqramadək polifenol qəbul ediblər —bu göstərici bu maddələrin ümumi qida yolu ilə qəbulunun təxminən12 faizini təşkil edir. Aktiv birləşmələrin ümumi miqdarına ənböyük töhfəni qara istiot, darçın və mixək verib — bu ədviyyatlarxüsusilə yüksək polifenol konsentrasiyasına malikdir.