AZ

® “AccessBank” 2025-ci ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır

Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan “AccessBank” 2025-ci ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır. Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61

Bank 2025-ci ilin hesabat dövrünün nəticələrinə görə, 35,6 milyon manat xalis mənfəət əldə edib. Aktivlərin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 10,6 faiz və ya 155,1 milyon manat artaraq 1,6 milyard manatı keçib.

Sözügedən artımın əsas səbəbi kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki:

- Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 15,6 faiz və ya 175,2 milyon manat artıb və hesabat dövrünün sonuna 1 296,9 milyon manat təşkil edib.

- Kredit portfelinin 76,8 faizi biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 995,8 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 13,9 faiz və ya 121,5 milyon manat artıb.

- Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və hesabat dövrünün sonuna 1 045,1 milyon manat təşkil edir.

- “AccessBank” hesabat dövründə beynəlxalq nüfuzlu xarici kreditorlardan 45,3 milyon manat ekvivalentində kredit cəlb edib. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin qalığı 145,7 milyon manata çatıb.

- Əlavə olaraq, beynəlxalq maliyyə qurumlarının bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 10 milyon dollar həcmində subordinasiya olunmuş borc öhdəliyi cəlb edilib.

- 2025-ci ilin hesabat dövrü ərzində bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 29,5 faiz və ya 50,5 milyon artaraq 221,8 milyon manata yüksəlib ki, bu da requlyativ tələbdən 4,4 dəfə çoxdur. Artımın əsas səbəbi generasiya edilən mənfəət və kapital elementi olan xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.

- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz artaraq 187,1 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 11,2 milyon artaraq 114,2 milyon manat təşkil edir.

- Xalis əməliyyat mənfəəti isə 2025-ci ilin hesabat dövrü ərzində 54,7 milyon manat təşkil edib.

- Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 67,68 faiz təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2,3 dəfə yüksəkdir.

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

Seçilən
29
7
azertag.az

8Mənbələr