BAKI, 14 oktyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı liderlər iki ölkə arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.