AZ

Ərdoğan nazirlərə göstəriş verdi: Türkiyə Qəzzaya əsgər göndərir?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, Qəzzanın yenidən qurulmasından danışan Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin üzərinə düşən vəzifələr haqqında da məlumat verib.

O, Türkiyə əsgərlərinin Qəzzada hər hansı rol oynayacağı ilə bağlı suala cavabında hazırda işçi qrupunun strukturu ilə bağlı qiymətləndirmələrin davam etdiyini bildirib.

"Qəzzada yerinə yetiriləcək kritik vəzifələr var. Həm tikinti, həm də canlandırma vacibdir. Biz ABŞ-dan tutmuş Avropa ölkələrinə qədər bütün Körfəz ölkələrinin dəstəyini axtarırıq və buna davam edəcəyik. İnşallah verilən vədlər yerinə yetirilər. Xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın da daxil olmaqla nümayəndələrimiz xarici həmkarları ilə görüşəcəklər.

Seçilən
108
1
publika.az

2Mənbələr