AZ

Azərbaycanda doğum azalıb, ölüm artıb


Bu ilin ilk səkkiz ayı ərzində qeydiyyat şöbələri tərəfindən 63 min 698 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10-dan 9,3-ə düşüb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 2152-si əkiz, 78-i isə üçəm olub.
Bu ilin yanvar-avqust aylarında ölkədə 39 min 951 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 5,9-a qədər artıb.
Seçilən
15
4
yeniavaz.com

10Mənbələr