Demokrat.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov danışıb.
Onun sözlərinə görə, digər mühüm dəyişiklik isə agentlik tərəfindən maliyyə yardımının verilməsinə başlanılmasıdır:
"Belə ki, qərarla agentlik "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzurda yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər üzrə maliyyə yardımı 2023-cü il yanvarın 1-dən hesablayaraq ödəyəcək. Yəni, həmin sahibkarlar üçün əvvəlki dövrdə ödənilən kommunal xidmətlərə görə də yardım veriləcək.
Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Ödənişlər aylıq olaraq hesablanır və sahibkarın hesabına köçürülür. Güzəştlər 10 il müddəti əhatə edir. Nazirlər Kabinetinin sözügedən qərarı ilə isə bu yardımdan istifadə miqyası daha da genişləndirildi.
10Mənbələr
-
sportinfo.azAzərbaycanda bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək ( 22480774)
-
bakuinfo.netBu şəxslərin kommunal xərclərinin müəyyən hissəsini dövlət ödəyəcək ( 22410520)
-
hurriyyet.azKommunal xərcin 20 faizi geri qaytarılacaq - Deputat dəyişiklikləri açıqladı ( 22407139)
-
azpolitika.infoKommunal xərcin 20 faizi geri qaytarılacaq Deputat dəyişiklikləri açıqladı ( 22406212)
-
7news.azBu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək ( 22394680)
-
avtosfer.azBu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək ( 22393600)
-
azia.azBu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək ( 22393222)
-
demokrat.azBu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək ( 22391035)
-
far.azAzərbaycanda bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək ( 22390435)
-
bakuinfo.netBu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək ( 22390192)