Ötən ilin müvafiq dövri ilə müqayisədə bankın faiz gəlirləri 16% artaraq 37,3 milyon manat, qeyri-faiz gəlirləri 11% artaraq 21 milyon manat təşkil edib. Ümumilikdə bankın xalis faiz gəliri 28,9 milyon manat olmuşdur.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 37% artaraq 434 milyon manat təşkil etmişdir; biznes kreditləri portfeli 278 milyon manat, istehlak kreditləri portfeli 97 milyon manat olmuşdur. Daşınmaz əmlak kreditləri 60 milyon manat təşkil edib.
Bankın depozit portfeli 439 milyon manat, o cümlədən hüquqi şəxslərin depozitləri 350 milyon manat, fiziki şəxslərin depozitləri 89 milyon manat təşkil etmişdir.
2025-cü ilin 3-cü rübünün yekunlarına dair göstəricilərinə əsasən Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən edilmiş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 16%, məcmu kapitalının adekvatlıq əmsalı isə 19% olmuşdur.
Bankın tutulmalardan sonra məcmu kapitalı 108 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.
6Mənbələr
-
fed.az“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin üçüncü rübünü 7,7 milyon manat mənfəətlə - BAŞA VURDU ( 22405729)
-
banco.az“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin üçüncü rübünü7,7 milyon manat mənfəətlə başa vurdu ( 22403821)
-
demokrat.az“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ilin III rübünü 7,7 milyon manat mənfəətlə başa vurdu ( 22391449)
-
apa.az“Yapı Kredi Bank Azərbaycan” bu ilin III rübünü 7,7 mln. manat mənfəətlə başa vurub ( 22391071)
-
apa.az“Yapı Kredi Bank Azərbaycan” bu ilin III rübünü 7,7 mln. manat mənfəətlə başa vurub ( 22391026)
-
banker.az“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin üçüncü rübünü 7,7 milyon manat mənfəətlə başa vurdu ( 22390108)