“Expressbank” 2025-ci ilin lll rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Belə ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6 faizə yaxın artaraq 530 milyon 591 min manatı ötüb. Qeyd edək ki, kredit portfelinin böyüməsində biznes kreditlərinin əhəmiyyətli artımı təsir faktorlarından biri olub. Belə ki, bankın biznes kreditləri ötən ilin sonu ilə müqayisədə 10 faizdən çox artaraq 182 milyon manatı ötüb.
2024-cü ilin 3-cü rübü ilə müqayisədə bankın faiz gəlirləri 22 faizdən çox artaraq, 60 milyon 657 min manat təşkil edib.
“Expressbank” etibarlı maliyyə qurumu olaraq ötən rübü depozit portfelinin də artımı ilə başa vurub. Bank fiziki şəxslərin depozitlərinin 26 faizə yaxın artım göstərərək 254 milyon 494 min manatadək böyüdüyünü bəyan edib. Bununla da bankın ümumi depozit portfeli 13 faizdən çox artaraq 296 milyon 610 min manatı ötüb.
Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi 2025-ci ildə “Expressbank” ASC-ni yenidən qiymətləndirərək bankın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.
“Expressbank” ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.
“Expressbank” - İşiniz rahat getsin!