Sabirabadda baş verən yol qəzasında bir nəfər ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndi ərazisində qeydə alınıb.
"QAZ-31" markalı avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.