AZ

Inditex əməkdaşları şirkətin İsraildəki fəaliyyətinin dayandırılmasını TƏLƏB EDİR

Inditex əməkdaşları şirkətin İsraildəki fəaliyyətinin dayandırılmasını tələb edir.

İnterpress.az xəbər verir ki, Zara, Bershka, Pull&Bear və Massimo Dutti brendlərinin işçilərini təmsil edən Avropa İşçi Komitəsi “Inditex” rəhbərliyindən İsraildəki françayzinq fəaliyyətini dayandırmağı tələb edib.

Bu qərarın səbəbi Qəzza zolağında vəziyyətin gərginləşməsidir.

Hazırda İsraildə “Inditex”ə məxsus 82 mağaza fəaliyyət göstərir və onların hamısı françayzinq əsasında işləyir.

Şirkət maliyyə itkisinə baxmayaraq müqavilələrin ləğvi imkanını nəzərdən keçirir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
interpress.az

1Mənbələr