AZ

U-21 millimiz Şotlandiya ilə heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün dördüncü oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Dalğa Arena”da keçirilən görüşdə bol qollu heç-heçə qeydə alınb - 3:3. Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edib.

Xatırladaq ki, millimiz bunadək səfərdə Portuqaliya və Çexiyaya eyni hesabla -0:5 uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

14 oktyabr
Azərbaycan (U-21) - Şotlandiya (U-21) - 3:3

Xəyal Əliyev, 7; 49-p. Şahin İbrahimov, 79 - Devid Uotson, 33. Lyuk Qrem, 44. Semuel Klipp Hardinq, 90+1.

Seçilən
2
4
football-plus.az

10Mənbələr