AZ

DÇ 2026 seçmə mərhələsi: İtaliya və İngiltərə milliləri darmadağınla qalib gəldilər

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti qarşılaşmalar keçirilib.

Oxu.Az xəbər verir ki, I qrupunda Estoniya - Moldova matçı 1:1 hesabı ilə başa çatdığı halda, qrupun digər görüşündə İtaliya milli komandası İsrail yığması üzərində inamlı qələbə qazanıb - 3:0.

K qrupunda İngiltərə millisi səfərdə Latviya yığmasını darmadağın edib - 0:5. Qrupun digər oyununda Andorra millisinin Serbiya yığmasına gücü çatmayıb - 1:3. Bu nəticə ilə İngiltərə yığması mundialın final mərhələsində çıxış etmək hüququ qazanıb və Avropadan DÇ-2026-ya vəsiqə qazanan ilk yığma olub.

Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

İrlandiya - Ermənistan - 1:0;

Portuqaliya - Macarıstan - 2:2;

İspaniya - Bolqarıstan - 4:0;

Türkiyə - Gürcüstan 4:1.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
114
27
oxu.az

10Mənbələr