AZ

Fənərbağça” “Qızıl top”un sahibini hədəfə aldı

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

"Real”ın sabiq hücumçusu, hazırda “Əl-İttihad”da çıxış edən Kərim Benzema “Fənərbağça”nın maraq dairəsinə düşüb. SİA xəbər verir ki, bu barədə “Fotomaç” nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, İstanbul klubu 37 yaşlı forvardı komandaya cəlb etmək üçün onu razı salmağa çalışacaq. Transferin reallaşması üçün klub gözləntiləri doğrultmayan Con Duranla yollarını ayırmağa hazırdır. Cari mövsümdə Benzema bütün turnirlərdə 4 oyuna çıxıb və 3 qol vurub. Onun Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsi gələn yay başa çatır ki, bu da keçidi real edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
2
sia.az

3Mənbələr