ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
NATO-nun hərbi rəhbərliyi Rusiya qırıcılarını vurma prosedurunu sadələşdirəcək yeni qaydalar üzərində müzakirələr aparır.
Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Məlumata görə, yeni mexanizmlər Rusiya təyyarələrinin silahlanması və uçuş trayektoriyası kimi amilləri əsas təhlükə meyarı kimi müəyyənləşdirəcək. NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç vahid hava və raketdən müdafiə sisteminin yaradılmasını təklif edib. Onun fikrincə, bu addım alyans ölkələri arasında mövcud olan “milli istisnaları” aradan qaldıra bilər.
Yeni qaydalar layihəsinin müdafiə nazirlərinin çərşənbə günü keçiriləcək toplantısında müzakirəyə çıxarılacağı bildirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.