Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başlanan cinayət işinin miqyası genişlənməkdədir. "Bakuinfo" xəbər verir ki, istintaq çərçivəsində artıq onun uzun illər yaxın çevrəsində yer alan və müxtəlif dövrlərdə birgə fəaliyyət göstərmiş şəxslərin də adları hallanır. Onlardan biri — sabiq deputat, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin sabiq müdiri Elton Arzuman oğlu Məmmədovdur.O, hazırda AMEA Sosial Xidmətlər şöbəsinin müdiridir. Elton Məmmədov kimdir?Elton Məmmədov 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. O, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Texniki Universitetinin strateji inkişaf üzrə sabiq prorektoru, AMEA Yüksək Texnologiyalar Parkının sabiq direktoru və AMEA İşlər İdarəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Məmmədov həmçinin keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Bu fakt onun dövlət sistemindəki əlaqələrinin uzun illər çoxşaxəli olduğunu göstərir. Rusiya ilə yaxın əlaqələr – “Tomsk xətti”Elton Məmmədovun adı son illər Rusiya elmi və ictimai dairələri ilə sıx münasibətləri ilə də gündəmdə olub. O, müxtəlif illərdə bir sıra rus dövlət və ictimai təşkilatları tərəfindən mükafatlandırılıb. Onun aldığı təltiflər arasında bunlar xüsusi diqqət çəkir: • 2004-cü ildə “Tomsk şəhərinin fəxri sakini” adına layiq görülüb;• 2006-cı ildə Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru seçilib;• 2019-cu ildə həmin universitetin “fəxri məzunu” adını alıb;• MDB Parlamentlərarası Assambleyasının “Содружество” (Əməkdaşlıq) ordeni ilə təltif olunub;• Baltik Assambleyasının medalı və Çelyabinsk Traktor Zavodunun “Əməkdə fərqlənməyə görə” qızıl döş nişanı ilə təltif edilib. Bu mükafatların əksəriyyəti Rusiya və MDB strukturları tərəfindən təqdim edilib və bu fakt onun Moskva elmi-siyasi dairələri ilə sabit əlaqələrini təsdiqləyir. Ramiz Mehdiyev işi ilə kəsişən məqamlarMəlumatlı mənbələrin Musavat.com yazarına bildirdiyinə görə, Ramiz Mehdiyevlə bağlı araşdırmalarda bir sıra “epizodlarda” Elton Məmmədovun da adı keçir. Xüsusi ilə Ramiz Mehdiyevlə birlikdə çalışdığı dövrlərdə — bir sıra maliyyə pozuntularında iştirakı ehtimal edilir. Məlumatlara əsasən, həmin illərdə Akademiyanın strateji inkişaf layihələri və innovasiya proqramları adı altında ayrılan dövlət vəsaitlərinin bir hissəsi şişirdilmiş xərclər, saxta müqavilələr və “elmi qrant” adı altında həyata keçirilən pul köçürmələri vasitəsilə mənimsənilib. Bu əməliyyatlar üzrə sənədlərdə həm Ramiz Mehdiyevin, həm də Elton Məmmədovun imzaları və təsdiqləri mövcuddur.
Bu faktlar Ramiz Mehdiyevə qarşı irəli sürülmüş 193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ittihamının əhatəsinə daxildir və Elton Məmmədovun da bu epizodlarda birbaşa iştirak ehtimalını gündəmə gətirir. Mənbələrin sözlərinə görə, söhbət çox böyük məbləğlərdən – milyonlarla manatlıq dövlət vəsaitlərinin mənimsənilməsindən gedir. Musavat.com-un əldə etdiyi məlumatlara görə, Elton Məmmədovun da həbsi istisna edilmir. Azərbaycan mediasında artıq bu ehtimal açıq şəkildə müzakirə olunur. (Musavat.com)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta