AZ

AFFA əməkdaşları UEFA-nın seminarına qatılıblar

AFFA əməkdaşları Yunanıstanın paytaxtı Afinada UEFA-nın təşkilatçılığı ilə "Kütləvi futbolda idarəçilik" mövzusunda seminarına qatılıblar. Bu barədə SİA-ya milli assosiasiyadan məlumat verilib.

20 ölkənin (Azərbaycan, Yunanıstan, Albaniya, Belçika, Xorvatiya, Danimarka, Estoniya, Farer Adaları, Finlandiya, Fransa, İsrail, İtaliya, Kosovo, Latviya, Malta, Şimali İrlandiya, Portuqaliya, İspaniya, Ukrayna və Uels) iştirak etdiyi seminara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Ziya Səfərov qatılıblar. Tədbir oktyabrın 16-dək davam edəcək.

Seçilən
22
6
sia.az

8Mənbələr