AZ

Toxunulmaz şəxs yoxdur! - Deputatlardan Mehdiyev olayına reaksiya 

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib...

R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Ramiz Mehdiyev həm də hakim Yeni Azərbaycan Partiyasın (YAP) Veteranlar şurasının üzvüdür.

Ramiz Mehdiyevlə bağlı hadisə ölkədə ciddi rezonans doğurub.

Modern.az saytı məsələyə Milli Məclisin üzvlərinin də münasibətini öyrənib.

YAP-çı deputat Aydın Mirzəzadə çox yüksək etimada layiq görülmüş şəxsin belə hallara yol verməsindən təəssüfləndiyini bildirib:

"İttiham DTX tərəfindən irəli sürülüb. DTX dövlətçiliyin keşiyində duran, dövlətçiliyimizə təhdid törədən halların qarşısını vaxtında alan qurum kimi cəmiyyətdə özünü tanıdıb. Əgər belə ittihamlar irəli sürülübsə, deməli, ciddi əsaslar var və bu, uzunmüddətli araşdırmanın, sübutların nəticəsidir. Çox təəssüf edirəm ki, yüksək vəzifədə çalışmış, böyük etimada layiq görülmüş şəxs tərəfindən belə hallara yol verilib. Bu göstərir ki, etimad göstərilmiş insan ona məsuliyyətlə yanaşmalıdır. Və istənilən etimad göstərilən şəxs bilməlidir ki, qanunsuz hərəkət edəcəksə, dövlətimizin, müstəqilliyimizin ziyanına dəyəcək addımlar atılacaqsa, mütləq ifşa olunacaq və onun qarşısı alınacaq.  Dövlətimizin sarsılmazlığına inanıram".

E.Nəsirov Ramiz Mehdiyevin məhkəmənin yekun qərarı ilə cinayətkar elan edilməsindən sonra onun partiyadan çıxarılacağını vurğulayıb:

"Hakim partiyanın bu məsələlərdə mövqeyi bəllidir. Artıq cinayət əməli sübuta yetirilmiş şəxsin partiyada qalması mümkün deyil. Təqsirsizlik prezumpsiyası var. Bu və ya digər şəxsi hər hansı cinayətlərdə ittiham etmək olar. Amma o ittiham sübuta yetirildikdən, məhkəmənin yekun qərarı verildikdən - hüquqi baxımdan cinayətkar hesab edildikdən sonra, onu cinayətkar adlandırmaq olar. Ramiz Mehdiyevin ittiham edildiyi məsələlər sübuta yetirildiyi təqdirdə, hakim partiya tərəfindən bu məsələyə baxılıb müvafiqqərar qəbul edilə bilər. Bu, istisna deyil".

Poliqon.info

Seçilən
43
9
poliqon.info

10Mənbələr