AZ

Millimizin müdafiəçisi iki ay oynamayacaq

Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun Polşanın Krakov şəhərində Ukrayna ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsi matçından əvvəl aldığı zədənin ciddi olduğu ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, “Araz-Naxçıvan”ın təcrübəli müdafiəçisi təxminən iki aya yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilir.

Bununla belə, Məmmədovun bu il meydana çıxa bilməməsi riski də var.

Qeyd edək ki, Rahil DÇ-2026-nın seçmə mərhələsinin Parisdə Fransaya qarşı keçirilmiş görüşündə sonradan meydana çıxmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
12
2
bizim.media

3Mənbələr