Demokrat.az APA-ya istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
O bildirib ki, bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumlarının iclası olacaq: “Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü qala bilər. Məhkum olunan insan partiyada qala bilməz”.
Qeyd edək ki, dünən Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
10Mənbələr
-
yenicag.azPrezident Ramiz Mehdiyevi Təhlükəsizlik Şurasının üzvlüyündən azad etdi ( 22533883)
-
yeniavaz.comRamiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edildi ( 22533823)
-
yeniavaz.comRamiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edildi ( 22533820)
-
az.trend.azRamiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi ( 22533733)
-
demokrat.azRamiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi ( 22533265)
-
news24.azRamiz Mehdiyev YAP-dan çıxarılacaq ( 22414867)
-
sonxeber.azRamiz Mehdiyev YAP-dan çıxarılacaq ( 22418101)
-
baki-xeber.comRamiz Mehdiyev YAP-dan çıxarılacaq - Arif Rəhimzadə açıqladı... ( 22417585)
-
demokrat.azRamiz Mehdiyev YAP-dan çıxarılacaq ( 22414702)
-
milliyol.azRamiz Mehdiyev YAP-dan çıxarılacaq ( 22414666)