Türkiyənin Mersin şəhərinin Erdemli rayonunda dəhşətli qəza baş verib.
Azreform.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan, sürücülük vəsiqəsi olmayan şəxsin idarə etdiyi mikroavtobusun qəzaya düşməsi nəticəsində ölənlərin sayı 7-yə yüksəlib.
Məlumata görə, hadisə nəticəsində 14 nəfər yaralanıb. Onlardan bəziləri evə buraxılıb.
Həmidə İbrahimova