Bakı. Trend:
Bu gün “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbixidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əməkpensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”Azərbaycan Respublikasının Qanun layihəsi Milli Məclisdə müzakirəyəçıxarılıb.
Trend-in məlumatına görə, qanun layihəsində bir sıradəyişikliklərlə yanaşı, hazırlanmasına dövlət tərəfindən zaman vəresurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindəndaha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimipensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvimilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.
Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatındahər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbiqulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki,minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görəqulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılması təklifedilir.
Dəyişikliyə əsasən, pensiya hərbi xidmətdən buraxılanadək 25təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbixidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi işstajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər,hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına,habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bustajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətmüddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanınnəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasındaiştirak etmiş hərbi qulluqçuların hərbi xidmətdən buraxılanadək 25təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 ilhərbi xidmət üçün müvafiq təminat xərcliyinin—65 faizi, 25 ildənyuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsinəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki işstajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiqtəminat xərcliyinin—2 faizi (Müdafiə Nazirliyi sistemində xidmətedən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyənediləcək.
Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsinəzərdə tutulur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.