AZ

İrandan Azərbaycana PUA vasitəsilə narkotik tərkibli həb keçirmək cəhdinin qarşısı alındı


Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılan sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli həbin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən 980 ədəd narkotik tərkibli Metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

ZÜMRÜD

Seçilən
18
49
baki-xeber.com

10Mənbələr