Penitensiar Xidmətin əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb.
Yenisabah.az xəbər verir ki, məhkumla qısamüddətli görüşə gəlmiş atasının gətirdiyi sovqata baxış zamanı başmağın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 1.720 qram marixuana və 1.970 qram tiryək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır. pizza
Telegram kanalımız