AZ

Vüsalə Türkanı ağ yuyub qara sərdi

Vüsalə Əlizadə "İncə səhər" verilişində müğənni Türkan Vəlizadənin ünvanına deyinib.

Yenisabah.az xəbər verir ki, buna səbəb Türkanın meyxana ifaçıları ilə birgə efirə çıxmaqdan imtina etməsi olub. 

Vüsalə bu hərəkətinə görə müğənnini qınayıb: "Mahnılarınız yazıldı, klipləriniz çəkildi, kimlərsə tərəfindən, necəsə. Bəzənib-düzənib efirə çıxdınız. Elə bilirsiniz, sizləri toylar yaşatdı, yox, belə deyil. Televiziyaların burada çox əməyi var. Bu gün sizin boynunuzda haqqımız var. Sizi bu yerlərə gətirən, tanıdan biz, aparıcılar və efir olub. Çünki bu gün hansısa mahnını təqdim edib, sənə məşhurluq qazandırmasaydım, efirə tərifnamələr deməsəydim, zaman ayrımasaydım, bu gün sən sən olmazdın. Toyuqlu pizza

3 mahnının yutubda izlənməsi ilə iş olmur. Bu gün sosial şəbəkələr var, o vaxt yox idi. Zamanında efirə çıxıb indi sənətkar olanlar belə deyirlər ki, bu, sizin sayənizdə olub. Heç onlar belə ədalı danışıb, özlərindən razılıq etmirlər".

Aparıcı qeyd edib ki, işlətdiyi ifadələr Türkana hörmət gətirmir:

"Türkan Vəlizadə, səni çox istəyirəm, amma bu gün "meyxanaçılarla efirə çıxmıram" sözü səni hörmətli etmir. Sən işini gözəl təqdim et, amma bu qazandan çörək yemisən. Sən bir meyxanaçı ilə ifanla tanınıb sevilmisən, pul qazanmısan, Türkan Vəlizadə olmusan".

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
14
1
yenisabah.az

2Mənbələr