Xalq artisti Ramiz Quliyev ilə vida mərasimi 16 oktyabr tarixində saat 11:00-13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ramiz Quliyev II Fəxri Xiyabanda dəfn olunacaq.
***
10:05
Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib.
Bu barədə APA-ya onun oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib.