AZ

HƏMAS girov adı ilə İsrailə fələstinlinin cəsədini VERDİ

HƏMAS İsrailə girov kimi təqdim etdiyi şəxsin cəsədinin Qəzza sakininə aid olduğu məlum olub.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail təhlükəsizlik qüvvələrinin nümayəndəsi yerli mediaya məlumat verib.

Məlumata görə, HƏMAS tərəfindən ötən gün İsrailə təhvil verilən cəsədlərdən biri girovlardan heç birinə məxsus deyil.

Araşdırmalar nəticəsində həmin cəsədin Qəzza zolağında yaşayan naməlum fələstinliyə aid olduğu müəyyənləşdirilib.

Məlumata əsasən, razılaşmaya baxmayaraq, HƏMAS hələ də bütün öldürülmüş girovların meyitlərini İsrail tərəfinə təhvil verməyib.

Təxminən 20 nəfər israillinin cəsədi hələ də qruplaşmanın əlində qalır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
6
9
interpress.az

9Mənbələr