BAKI, 14 oktyabr. TELEQRAF
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı kürsülü evin yanar konstruksiyaları yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.