“Rusiya iqtisadiyyatının çökəcəyini gözləyən xarici liderlər kifdir və onlara cavab verilməlidir”.
NOCOMMENT.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
“Bizim cavabımız iqtisadi artım və sosial standartların qorunub saxlanılması və təkmilləşdirilməsi vasitəsilə olmalıdır. Və dünyada Bayden, Makron və Merts kimi daha az adam qalacaq. Çünki onlar kifdir və ölkəmizin işıq şüaları onlara çatanda öləcəklər”, – Volodin parlamentin aşağı palatasının iclasında iddia edib.
O, qeyd edib ki, prezidentin yaratdığı hazırkı iqtisadi model Ukraynaya qarşı müharibə və 30 mindən çox sanksiyalar fonunda özünü “səmərəlilik” göstərir. Volodin deputatları “işləməyə” çağırıb ki, Rusiyanın iqtisadi inkişafı Moskvanı tənqid edən xarici liderlərin “daha tez ölümünə, qaçmasına və siyasətdən uzaqlaşmasına səbəb olsun”.
Maraqlıdır ki, Volodin bir gün əvvəl Rusiya iqtisadiyyatının çöküş astanasında olduğunu bəyan edən ABŞ prezidenti Donald Trampın adını çəkməyib.
Xatirə SADİQ