Bakı. Trend:
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Turkuaz Türkİncəsənət və Mədəniyyəti Fondunun təşkilatçılığı ilə Turkuaz TürkMultikultural Festivalı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, festivalın əsas məqsədi Kanadada türkmədəniyyətinin tanıdılması, qorunması və gələcək nəsillərəötürülməsidir.
Festival Təbriz Musiqi və Rəqs Ansamblı, Hamilton Azərbaycanİcmasının istedadlı uşaqlarının rəngarəng çıxışları ilə başlayıb.Həmçinin Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən“Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs qrupu da səhnəyəçıxaraq izləyicilərə unudulmaz anlar yaşadıb.
Turkuaz Fondunun rəhbərləri Nəsrin Attari və Şervin Şadpurfondun Kanadada türk mədəni irsinin təşviqi istiqamətindəkifəaliyyətindən danışıblar. Mədəniyyətlərarası dialoqungücləndirilməsinin və müxtəlif icmalar arasında qarşılıqlıanlaşmanın önəmini vurğulayıblar.
Festivalda səslənən Azərbaycan şeirləri, “Ay işığında” adlı üçhissəli musiqili konsert proqramı, uyğur rəqsi, eləcə də rəqqasəLina Şimminin çıxışı maraqla qarşılanıb.
Tədbirdə Ontario əyalətinin Vaughan şəhərinin meri Steven DelDuka (Steven Del Duca), Kanada parlamentinin üzvü Françesko Sorbara(Francesco Sorbara), Ontario əyalət parlamentinin deputatı (MPP)Laura Smit (Laura Smith), şəhər şurasının üzvləri Kris Eynsvörzs(Chris Ainsworth) və Toni Ruprext (Tony Ruprecht) kimiictimai-siyasi xadimlər də iştirak edib. Qonaqlar çıxışlarında türkbirliyinin Kanada cəmiyyətinə verdiyi mühüm töhfələrdən bəhsediblər.