AZ

General Hüseynov vəzifəsindən azad olundu Səbəbini AÇIQLADI

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Hüseynov vəzifəsindən azad edilib.

"AzPolitika" ” “Bakupost”a istinadən xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.

İsmayıl Hüseynov “Unikal”a açıqlamasında səhhətində problem yarandığını və həkim yoxlanışından keçdiyini bildirib.

“Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm”, - o qeyd edib.

Qeyd edək ki, İsmayıl Hüseynov 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.

2023-cü ildən isə o, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
3
azpolitika.info

10Mənbələr