AZ

Bakıda yeniyetmələr mağazadan belə oğurluq etdi Video

Axar.az saytına istinadən ain.az xəbər verir.

Paytaxtda mağazadan oğurluq edən yeniyetmələr saxlanılıb.

Axar.az xəbər verir ki, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub. Müraciət əsasında təhqiqat araşdırmaları aparılıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B. Mukavadze və T.Bəkirova olması müəyyən edilib və onlar polis tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
13
axar.az

10Mənbələr