AZ

Kapitan “Bayer”lə oyunda PSJ-yə kömək edə bilməyəcək

style='margin-bottom:10px;'>

Fransanın PSJ klubu ciddi itki ilə üzləşib.

QOL.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin  təcrübəli müdafiəçisi Markinyos sıradan çıxıb.

Belə ki, braziliyalı futbolçu “Olimpik Marsel”lə oyunda aldığı zədə səbəbindən Liqa 1-də “Strasburq” və Çempionlar Liqasında “Bayer”lə (Leverkuzen) keçiriləcək qarşılaşmaları buraxacaq.

31 yaşlı futbolçunun təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, PSJ “Strasburq”la oktyabrın 17-də, “Bayer”lə isə ayın 21-də qarşılşacaq.

Xatırladaq ki, komandanın kapitanı bundan öncə “Barselona” və “Lill”lə keçirilən görüşlərdə də iştirak etməmişdi.

Seçilən
106
2
teleqraf.com

3Mənbələr