AZ

“Biz güclüyük, amma "Bavariya" hazırda daha yaxşıdır”

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç 18 oktyabrda “Arena Münhen” stadionunda keçiriləcək “Bavariya” ilə qarşıdakı matç barədə fikirlərini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə Bundesliqanın rəsmi saytına açıqlamasında bildirib.

“Biz böyük klubuq, bunu etiraf etmək lazımdır. Amma ‘Bavariya’ rekordsmen komandadır — ən çox titul qazanan klub. Onların heyətində doğrudan da yüksək səviyyəli, bahalı futbolçular var. Bizdə də çox yaxşı oyunçular mövcuddur. Buna görə də hesab edirəm ki, biz də top-komandayıq. Lakin ‘Bavariya’ başqa səviyyədədir. Nəticələr də bunu göstərir və bunu qəbul etmək lazımdır. Mövcud olmayan şeyləri tərifləmək istəmirik. Biz güclüyük, amma ‘Bavariya’ hazırda daha yaxşıdır. Məhz buna görə də bu qarşılaşmada ‘Bavariya’ favoritdir”

Xatırladaq ki, Bundesliqada altı turun ardından “Bavariya” 18 xalla turnir cədvəlinə başçılıq edir. “Borussiya” isə liderdən dörd xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Seçilən
40
90deqiqe.az

1Mənbələr