Azərbaycan I Liqasında 5-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, üç günə sığacaq turun açılış günündə 1 qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında çempionluğa iddialı "Səbail" ilə "Zaqatala" üz-üzə gəlib. "ASCO Arena"da keçirilən oyunun taleyini 1 qol həll edib. Bakılılar son dəqiqələrdə vurduğu qol sayəsində qələbə qazanıb və azı iki günlük liderliyə yiyələnib.
Matçın geniş icmalını təqdim edirik.