AZ

İstanbul üçün həyəcan təbili çalınır: Rəsmilər təcili hərəkətə keçməlidir

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) oktyabrın 15-nə olan bənd doluluq nisbətinə dair yeni hesabatını açıqlayıb. 

News24.az xəbər verir ki, məlumatlara görə, şəhərdəki su anbarlarının doluluq səviyyəsi 24,96 faizədək enib.

Bu göstərici payız ayları üçün gözləniləndən xeyli aşağıdır və İstanbulda su ehtiyatlarının tükənmə riski ilə bağlı narahatlıqları artırıb.

Payızın gəlişi və son günlər yağan yağışlara baxmayaraq, bəndlərdəki doluluq nisbəti azalmağa davam edir. Bu, İstanbulun su təchizatı üçün kritik həddin altına enməsi deməkdir.

İSKİ-nin məlumatında qeyd olunur ki, hazırda şəhərin su ehtiyatı ümumi tutumun yalnız dörddə biri səviyyəsindədir.

Eyni zamanda, Bursa və İzmir kimi digər böyük şəhərlərdə də bənd çatışmazlığı səbəbindən planlı su və elektrik kəsintiləri həyata keçirilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər vəziyyət bu templə davam edərsə, İstanbulda da oxşar tədbirlər qaçılmaz ola bilər.

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
news24.az

2Mənbələr