AZ

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,5 milyard manat ayırır

2026-2029-cu illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin ( Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) bərpasına və yenidən qurulmasına 13,5 milyard manat xərclənəcəyi proqnozlaşdırılır.

Musavat.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, həmin xərclərin əsaslı xərclərcə xüsusi çəkisi 23,5 % təşkil edəcək.

Seçilən
31
1
musavat.com

10Mənbələr