Binəqədi rayonunun bəzi ərazilərində “Tbilisi prospekti” orta təzyiqli qaz xətti üzərinə tənzimləyici qurğunun və filtrin quraşdırılması ilə əlaqədar bu gün saat 09:30-dan qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, M.Ə.Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin bir hissəsində qaz olmayacaq.
Tarix: 16 Oktyabr 2025, 05:35