AZ

Bənövşəyi meyvə və tərəvəzlərin daha 2 faydası üzə çıxdı

Bənövşəyi rəngli tərəvəz və meyvələrin iki gözlənilməz faydası aşkarlanıb.

Publika.az xəbər verir ki, bunu Polşanın Nikolay Kopernik Universitetinin alimləri üzə çıxarıblar.

Onlar müəyyən ediblər ki, meyvə və tərəvəzlərə bənövşəyi rəng verən piqmentlər (antosiyaninlər) fiziki fəaliyyətdən sonra orqanizmin daha tez bərpa olunmasına kömək edir və hüceyrələri yaşa bağlı dəyişikliklərdən qoruyur.

Araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Antosiyaninlər qaragilə, qara qarağat, qırmızı kələm, bənövşəyi şirin kartof və digər "bənövşəyi" rəngli qidalarda olur. Bu maddələr antioksidant müdafiəni aktivləşdirir, iltihabı azaldır, ürək və qan damarlarına faydalı təsir göstərir.

Seçilən
90
28
publika.az

10Mənbələr